Menu

Ölkənin qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı

18.02.2019, 23:13
Ölkənin qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, fevralın 18-də qızılın qiyməti fevralın 15-i ilə müqayisədə 18,258 manat artaraq 1 unsiya üçün 2250,29 manat təşkil edib.

Gümüş 0,3925 manat bahalaşaraq 1 unsiya üçün 26,8884 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 35,7 manat artaraq 1370,285 manat, palladiumun qiyməti isə 49,861 manat artaraq 2463,181 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol