Menu

Şəki sakini Masazırda bıçaqlandı

19.02.2019, 17:09
Şəki sakini Masazırda bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Zaur Kərim oğlu Mustafayev naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol