Menu

Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşıb

21.02.2019, 10:06
Britaniyanın sərnişin təyyarəsi səsin sürətini aşıb

Los-Ancelesdən Londona uçan Böyük Britaniyanın "Virgin Atlantic" şirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi reys zamanı təsadüfən səsin sürətini aşan sürətlə hərəkət edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "Popular Mechanics" nəşri yazıb.

Nəşrdə bildirilib ki, təyyarə 11 km hündürlükdə güclü hava axınına düşdüyündən sürətini artırmalı olub. Layner həmin zaman 800 m/san. (1285 km/saat) sürətlə hərəkət edib. Bu hündürlükdə isə səsin sürəti 1062 km/saatdır. Həmçinin qeyd olunub ki, təyyarənin kreyser sürəti 561 m/san. (902 km/saat) təşkil edir.

Belə sürətlə hərəkət etdiyinə görə layner təyinat nöqtəsinə təyin olunan vaxtdan 48 dəqiqə əvvəl çatıb.

Şərhlər

anar 2019-02-21 10:06:14

800 m/san 2880 km/saat edir siz 1285 km/saat yazmısınız
561 m/san 2020 km/saat edir siz 902 km/saat yazmısınız.
Doğrusu anlamadım. Rəqəmlərmi, vahidlərmi səhvdir yoxsa sizmi başdansovdu yanaşırsınız yazılarınıza?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol