Menu

Ahıl kişi intihar edib

21.02.2019, 10:12
Ahıl kişi intihar edib

Sumqayıt şəhərində ahıl kişi intihar edib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.

Belə ki, şəhər sakini, 1954-cü il təvəllüdlü Fərrux Niyazəli oğlu Zeynalov yaşadığı evdə özünü kəndirlə asaraq öldürüb.

İntiharın səbəbləri hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol