Menu

Azərbaycanda daha bir xəbər telekanalı açıla bilər

21.02.2019, 19:06
Azərbaycanda daha bir xəbər telekanalı açıla bilər

Son dövrlərdə Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılması özünü doğrultdu. Bunu “Trend”ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi: “Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”.

Yeni ümumrespublika televiziya kanalının açılması ilə bağlı MTRŞ-ya müraciətlərin olub olmaması haqda suala cavab verən N.Məhərrəmli bildirib ki, “Real TV” respublika yayımçısı olmaq üçün müraciət edib: “Biz o müraciətə baxacağıq və yaxın vaxtlarda uyğun qərarımızı verəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol