Menu

ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlanıb

21.02.2019, 22:04
ABŞ və KXDR liderləri arasındakı növbəti görüşün formatı açıqlanıb

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın Vyetnamın Hanoy şəhərindəki görüşü ötən il Sinqapurda keçirilmiş sammitlə format baxımından eyni olacaq.

“Report” RİA "Novosti”yə istinadla xəbər verir ki, bunu Ağ evin yüksəkvəzifəli nümayəndəsi jurnalistlər üçün telefon brifinqində deyib.

Qeyd olunub ki, 27-28 fevral tarixlərinə nəzərdə tutulan görüş çərçivəsində iki lider həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparacaq, habelə işgüzar naharda təmas qurmaq fürsətindən yararlanacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol