Prezidenti Pyotr Poroşenkonun fikrincə, Ukraynaya qarşı təcavüzkar davranışına görə, BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan məhrum etməklə, «Rusiyanı yerinə oturtmağın vaxtıdır».
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə Poroşenko BMT Baş Məclisindəki debatlarda bəyan edib.
Ukrayna lideri qeyd edib ki, Moskva özünün təcavüzkar davranışına görə, hələ 1939-cu ildə bir dəfə cəzalandırılıb - o zaman onu Millətlər Liqasıqdan «qovublar». Poroşenkonun fikrincə, bu, «düzgün və əsaslandırılmış gediş» olub.


Şərhlər