Menu

İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISINA VƏZİFƏ VERİLDİ - Prezident Administrasiyasında

22.02.2019, 08:57
İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISINA VƏZİFƏ VERİLDİ - Prezident Administrasiyasında

Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Razim Məmmədov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Təyinatın dünən olduğu deyilir.

Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şərhlər

Vətən Daşı 2019-02-22 08:57:29

Nə olardı, heç olmazsa arabir AZƏRBAYCANda doğulub boya-başa çatmış AZƏRBAYCAHLINI da vəzifəyə qoyun da. Vəzifəyə qoyulmaq üçün gərək elə ya Naxçıvanlı ya da, eraz olasan?

azeri 2019-02-22 08:57:29

Bu Azerbaycan... realligidir.Ogru,talancini ya ogru,ya da onun ushaglari,gohumlari evez edir...

azeri 2019-02-22 08:57:29

Xeyri yoxdur.Bu hakimiyyet oz .... ele vermir.... acar sandigi,toker pambigi...

məmmədqulu 2019-02-22 08:57:29

A qadan alım urus ayısı!! Deyiləndə ki, imitasiya ilə məşğuldurlar, İnanmırlar. Bu da ona sübut. ....

antiAbu 2019-02-22 08:57:29

Müdiri "Mur-Ay" dələduzlarının himayədarı olan Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş mütəxəssisi də Razim Məmmədov olmalıdır. Burada qəribə nə var ki?

yusif 2019-02-22 08:57:29

ne oldu xetainin torpaqini metr- metr satanin vezifesi boyudu ki...

G M 2019-02-22 08:57:29

Ona görə də heç nə düzələnə oxşamır.Vəziyət bərbad,əhval köndələndir.Daha doğrusu bu yolun sonu görsənmir.Allah Dövlətçiliyimizi,Xalqımızı qorusun.

yusif 2019-02-22 08:57:29

daha soz tapa bilmirik. xetaide torpaqlari metr metr satanlara esq olsun.

alı 2019-02-22 08:57:29

Bir gündə dövlətin sərvətlərini sözün həqiqi mənasında TALAMIŞ 2 keçmiş vəzifəlilər-Fazil Məmmədov və Razim Məmmədov xalq onların həbsini gözlədiyi halda yenidən iş başindadır.Hətta Razim daha yüksək vəzifə alaraq Prezident aparatına gətirilib.B....
YE, DAGIT,talan elə və işdən çıxandan sonra da ya rahatca xımır xımır ye, ya da bir işə gir....Zərdab İHB L.Babayev deyəndə ki, mən PA kiməsə müavin deyirlər özüm getmirəm, inanmırdıq.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol