Menu

"SƏDƏRƏK"İN SAHİBİ DƏ KAPİTALINI XARİCƏ DAŞIYIR! - Çexiyadakı şirkətinə milyonlar yönəldib

22.02.2019, 22:40
"SƏDƏRƏK"İN SAHİBİ DƏ KAPİTALINI XARİCƏ DAŞIYIR! - Çexiyadakı şirkətinə milyonlar yönəldib

"Son illərdə təkcə məmurlar deyil, iş adamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem heç kimin puluna zəmanət vermir. Hər kəs, istər oğurluqla, istər soyğunçuluqla, istər min bir fırıldaqla, lap elə zəhmətlə əldə etdiyi sərvətə etibarlı yer axtarır".

“AzPolitika.info” xəbər verir ki, bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin “facebook”da paylaşdığı yeni yazısından götürülüb.

Jurnalist yazısının davamında bildirir: "Məsələn, Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli (əslində Qədimbəyli ticarət mərkəzinin formal sahibidir) bir il ərzində ölkədən 1.5 milyon dollardan çox vəsait çıxarıb. "Sədərək"də ticarətlə məşğul olan iş adamlarından (hərçənd ki, onların işləri devalvasiyadan bəri yaxşı getmir, bir çoxları yetərincə borclanıblar və faktiki olaraq bizneslərinin girovuna çevriliblər) zor-xoş yığılan pullar Çexiyaya axır.

Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib. Düzdür, “Sədərək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999). Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.

Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib. Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5

Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır".

Qeyd edək ki, "MTN işi"ndə də Yusif Qədimbəylinin adı hallanıb. Onun Eldar Mahmudovla yaxın olduğu, sabiq MTN şefinin dəstəyini əldə etmək üçün Yusif Qədimbəylinin Eldar Mahmudova 10 milyon nağd pul verdiyi iddia olunub.

Həmin vaxtlar Qədimbəylinin arxasındakı gücdən istifadə edərək, sahibkarlara "qan uddurması" sayəsində fantastik məbləğlərə sahibləndiyi və siyasi iddialara düşdüyü xəbəri də yayılmışdı. Bu məqsədlə onun kifayət qədər tanınmış, əslən Naxçıvandan olan bir müxalif siyasətçi ilə birlikdə təşkilat qurmaq istədiyi də bildirilirdi. Hətta 2015-ci ilin parlament seçkilərində deputat olmaq fikrinə düşən Qədimbəylinin siyasi hakimiyyətin sərt xəbərdarlıqlarına belə məhəl qoymadığı vurgulanırdı.

Ancaq Eldar Mahmudovun işdən çıxarılmasından sonra Y.Qədimbəylinin dostlarının köməyi ilə "bəraət" almağa nail olduğu vurğulanır.

Görünür, Qədimbəyli bağışlanılsa da, siyasi hakimiyyətin etimadını itirib. Buna görə 2016-ci ildən etibarən kapitalını xaricə daşımağa başlayıb. Hər halda 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayan şirkətinin birdən-birə 35 milyon 743 min kronluq aktivlərinin ortaya çıxması belə düşünməyə əsas verir.

Ancaq əlbəttə, daha dəqiqini Yusif Qədimbəylinin özü bilir ki, onun da mövqeyini dərc etməyə hazırıq.

Rasim

AzPolitika.info

Şərhlər

Obyektiv 2019-02-22 22:40:14

Tolkochkada her arendanin qiymetini kelle charxa chixaranda eleyerdi de.. Sade satichiLar maLLari gucle satir, evLerini bir parcha choreyi gucle aparirLar bunLr ise (ayba-ay) qaLdirdiqLari "arenda puLu" ILe hem satanLara zuLm verirLer, hem de bunun La maLLarin qiymetLerini de qaLdirirLar!.. Ora sizLiq eLinden getmek mumkun deyil, dukanLar boyur-boyure ve satichiLar da adamLa esebi hokmLe davranirLar..

fikrət 2019-02-22 22:40:14

CİXİN QACİN HAKİMİYYƏTƏ XALQ ĞƏLİR !!!!!

EJDER 2019-02-22 22:40:14

EWWI BUTUN GUNAHLAR MADURADADIR,MESULIYYET ONUN UZERINE DUWUR

Oktay 2019-02-22 22:40:14

Biznesmendir qazanıb özü bilər nə edər nazirlər kimi oğurluq etməyib ki Əsas dövlətdən oğurlayanları və öğurluq etdiyinə görə hələ yüksək maaş alan alçıaqlar boğazlaırmaq lazımd

Natiq Əlizadə 2019-02-22 22:40:14

Cox menasız ve mentiqsiz bir yazıdır.Bütün böyük iş adamları dünyanın istenilen ölkesinde yaxşı gelir getiren sahelere öz yatırımlarını edirler.Burda qeyri adi hec ne yoxdur.Dövlet iş adamlarına destek ve şerait yaratmalıdır ki onlar öz vesaitletini ölkemizde müeyyen sahelere yönetsinler.ve bununlada işsizliyin qarşısını almış olarıq

Cavid 2019-02-22 22:40:14

Belə hallar nəzarətsiz,sahibsiz ölkədə mümkün ola bilər.Bu bir daha təsdiqləyir ki,Azərbaycanı bir qeup şəxs analoqsuz özbaşınalar,sahibsiz ölkəyə çevriblər.

Fərid 2019-02-22 22:40:14

Bunlar bizim vətənimizin millətimizin axırına çıxacaqlar ki axırda da erməni gəlib oturacaq burda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol