Menu

FIFA qərarını açıqladı - Dünya çempionatı Peruda keçirilməyəcək

23.02.2019, 10:09
FIFA qərarını açıqladı - Dünya çempionatı Peruda keçirilməyəcək

FIFA 17 yaşadək futbolçular arasında dünya çempionatının Peruda keçirilməyəcəyini açıqlayıb.

"Report"un məlumatına görə, qurum Peru Futbol Federasiyası ilə görüşlər zamanı bir sıra təşkilati və insfrastruktur problemlər aşkarlayıb.

FIFA hazırda yeni bir ev sahibi ölkənin təyin olunması ilə bağlı müxtəlif alternativləri qiymətləndirir.

Qeyd edək ki, U-17 dünya çempionatı bu il oktyabrın 5-7-də keçirilməlidir. FIFA 2018-ci ilin martında gənclər arasında mundialın Peruda olacağını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol