Menu

Həmas 3 komandirinin öldürüldüyünü açıqladı

21.08.2014, 12:33
Həmas 3 komandirinin öldürüldüyünü açıqladı

İslamçı yaraqlı qrup olan Həmas bildirir ki, İsrailin Qəzza zolağına hava hücumunda 3 yüksəkrütbəli hərbi komandiri həlak olub.

Onlar Mohammed Abu Shammala, Raed al-Attar və Mohammed Barhoum-dur.

Qrupun məlumatına görə, komandirlər Rəfahda bir evin bombalanması nəticəsində həlak olublar. Hücumda ümumilikdə səkkiz fələstinlinin öldürüldüyü bildirilir.

3 komandir İsrailin iyulun 8-dən başlatdığı hücumda öldürülən ən yüksəkrütbəli liderlərdir.

Avqustun 20-də BMT-nin Təhlükəsizlik Şurası Qəzzada əməliyyatların başlanmasından «dərin narahatlığını» bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol