«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro Kolumbiya ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib. O, eyni zamanda bir gün ərzində ölkədən kolumbiyalı diplomatlərın bir hissəsinin çıxarılması barədə göstəriş verib.
«Röyter» agentliyinin verdiyi xəbərə görə, Maduro qeyd edib ki, «Kolumbiyanın ərazisi Venesuelaya hücum üçün istifadə olunur» və Karakasın səbri artıq tükənib. Bundan başqa, siyasətçi Komumbiya hökumətini «faşist» adlandırıb.
Öz çıxışı zamanı Maduro həm də vəd edib ki, ölkəsmni «hələ uzun illər» idarə edəcək.


Şərhlər