Menu

“Qarabağ” - “Tvente” oyununa bilet qalmadı

21.08.2014, 13:40
“Qarabağ” - “Tvente” oyununa bilet qalmadı

Bu gün Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” oyununun biletləri tükənmək üzrədi.

Bu barədə apasport.az saytına matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılovun məlumat verib.

O bildirib ki, çap olunan 24 min biletdən cəmi 1500 bilet qalıb: “Görüşə maraq böyük olduğundan, qalan biletlər satılıb. Bir qisim biletlər isə fanklublara paylanılıb. Hazırda kassalarda qalan 2 min biletin isə saat 15:00-dək satılacağı gözlənilir”.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” matçı saat 21:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol