Menu

Prezident etiraz aksiyalarının keçirilməsini qadağan edib - Sudanda

26.02.2019, 09:42
Prezident etiraz aksiyalarının keçirilməsini qadağan edib - Sudanda

Sudan prezidenti Ömər al-Bəşir ölkədə razılaşdırılmamış mitinqlərin, təntənəli yürüşlərin və tətillərin keçirilməsini qadağan edən fərman imzalayıb.

Bu barədə “Report” ”Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qərar ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilib.

Sudan prezidenti fevralın 22-də hökumətin buraxıldığını və ölkədə bir il müddətində fövqəladə rejiminin tətbiq olunduğunu elan edib. Dövlət başçısının prezident sarayında xalqa müraciəti milli televiziya vasitəsilə yayımlanıb.

Sudanda fövqəladə vəziyyət dövlət əleyhinə kütləvi mitinqlər fonunda qəbul edilib. Aksiyalar bir neçə aydır davam edir.

Şərhlər

Bashirov Qarib 2019-02-26 09:42:16

Cənab Admin,dövlət əlehinə mitinq nə deməkdir,bura yazmısınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol