Menu

Samuxda yol qəzası baş verib, yaralananlar var

26.02.2019, 21:15
Samuxda yol qəzası baş verib, yaralananlar var

Samux rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Samux rayonunun İnstitut qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 4 nəfər - 1992-ci il təvəllüdlü Musa Rövşən oğlu Əhangər, 1987-ci il təvəllüdlü Yaqub Mirəziz oğlu Qasımov, 1993-cü il təvəllüdlü Tural Məmmədov və 2013-cü il təvəllüdlü Ayan Əlizamin qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Əliyevanın ağır, digərlərinin isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol