Menu

Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb

27.02.2019, 12:26
Gürcüstan ombudsmanı yerli azərbaycanlıların müdafiəsinə qalxıb

Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin sədri Mariam Caşinin ötən gün yerli azərbaycanlılarla bağlı səsləndirdiyi fikirləri sərt tənqid edib.

“Report”un yerli bürosu xəbər verir ki, M.Caşi Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların bərabər hüquqlara malik olmalı olduğunu söyləyib.

N.Lomcaria deputatın bəyanatında yanlış fikirlərin olduğunu hesab edir: “Gürcüstanda yaşayan etnik azərbaycanlılar bu ölkənin vətəndaşlarıdır, gürcü və digər millətlərdən olan vətəndaşlarla eyni hüquqlara malikdirlər. Gürcüstan vətəndaşlarının etnik mənsubiyyətə görə bölünməsi olduqca ədalətsiz və yolverilməzdir. Etnik azlıqlar da daxil olmaqla, vətəndaşlarımızın hüquqlarının müdafiə olunması dövlətimizin vəzifəsidir və biz bunu Azərbaycan və ya digər dövlətlərdə olduğu kimi etməli deyilik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol