Menu

ABŞ Prezidenti ilə KXDR lideri arasında görüş başlayıb - FOTO

27.02.2019, 16:02
ABŞ Prezidenti ilə KXDR lideri arasında görüş başlayıb - FOTO

Vyetnamın paytaxtı Hanoy şəhərində KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Trampın arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüş öncəsi D.Tramp cari sammitin çox uğurlu alınacağına ümid etdiyini bildirib.

"ABŞ Prezidenti ikinci sammitdə iştirak edərək cəsarətini göstərib", - KXDR lideri söyləyib.

Qeyd olunur ki, hotelin bütün girişlərində yerli hərbçilər, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin əməkdaşları, ABŞ gizli xidmət orqanlarının nümayəndələri və Şimali Koreyanın kəşfiyyat xidmətinin əməkdaşları patrul çəkir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol