Menu

Prezident, Quaydonun məhkəmə qarşısına çıxarılmasını tələb edib - Ölkədən çıxdığına görə

27.02.2019, 19:43
Prezident, Quaydonun məhkəmə qarşısına çıxarılmasını tələb edib - Ölkədən çıxdığına görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, ölkədən çıxmamaq barədə məhkəmə qərarını pozduğuna görə, ölkə müxalifətinin lideri Xuan Quaydo məhkəmə qarşısında cavab verməlidir.

«O, ədalət məhkəməsi qarşısına çıxmalı olacaq - ölkəni tərk etməmək barədə elə həmin məhkəmənin qərarını pozduğuna görə» - deyə, «ABC News» ondan sitat gətirir.

Maduro qeyd edib ki, Quaydo «qanunlara hörmət etməlidir».

Bundan əvvəl xəbər verilmişdi ki, Xaun Quaydo Kolumbiyadadır və ora Venesuela hərbçilərinin köməyi ilə keçib. Quaydo orada Venesuela üçün təşkil olunmuş xeyriyyə konsertində iştirak edib və Kolumbiyanın, Çilinin, Paraqvayın prezidentləri ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol