Menu

"Rusiya bunu həmişə böyük faciə hesab edib" - Zaxarova

28.02.2019, 17:15
"Rusiya bunu həmişə böyük faciə hesab edib" - Zaxarova

Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsinə xüsusi diqqət ayırmağa davam edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

"Dəhşətli və qanlı Qarabağ münaqişəsi çox sayda günahsız insana ölüm və əziyyət gətirib... Rusiya bunu həmişə böyük faciə hesab edib və hesab etməkdə də davam edir", - M.Zaxarova deyib.

Onun sözlərinə görə, bu münaqişədə Rusiyanın mövqeyi məlumdur: "Ölkəmiz bu münaqişənin sülh yolu ilə həllində tərəflərə kömək etmək üçün çox böyük, qətiyyətli səylər göstərir. Bu bölgədəki siyasətimizin və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşmalar kontekstində buna xüsusi diqqət ayırmağa davam edəcəyik".

Şərhlər

t.ədalət 2019-02-28 17:15:33

Əgər Zaxarova çıxış edirsə,deməli, Rusiya regionda suyu yenidən bulandırmağı fikirləşir.Dağlıq Qarabağda,birmənalı olaraq Rusiya həmişə ermənilərin yanında olub.Zaxarovanın çıxışı "Kəlilə və Dimnə"dəki balıq yeyən quşun nağılına çox oxşayır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol