DOLLAR KREDİTLƏRİ PROBLEMİNİN YARIMÇIQ HƏLLİ... – 10 min dollardan artıq kredit götürən vətəndaşın günahı nədir?

Və ya nədən güzəştlər yalnız 10 min ABŞ dollarınadək kreditlərə və fiziki şəxslərə şamil edildi?

Bu sənədi hazırlayıb ölkə başçısına təqdim edənlər yenə ya bilərəkdən, ya da bilmədən “qaş düzəldən yerdə, göz çıxarıblar”

4 ilə yaxın davam edən dollar kreditləri probleminin çözülməsi istiqamətində, nəhayət ki, hökumət tərəfindən ciddi sayıla biləcək addım atıldı. Ölkə başçısı tərəfindən imzalanmış fərmanla hökumət elə özünün elan etdiyi devalvasiya nəticəsində əhalinin bir qisminin (!) banklara olan faiz borcunun əhəmiyyətli hissəsini öz üzərinə götürmüş oldu.

Fərmanın mahiyyətini izah etmək üçün bir daha qısa olaraq qeyd edə bilərik ki, 1-ci devalvasiyaya qədər götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ dolları borc üzrə 25 qəpik, 1-ci və 2-ci devalvasiya arasındakı müddətdə götürülmüş kreditlər üzrə borcun artmış hissəsinə görə, 1 ABŞ dolları borc üzrə 60 qəpik yardım veriləcək.

Məsələn, tutaq ki, vətəndaş 2015-ci il fevralın 21-dək bankdan 1000 dollar (780 manat) borc götürüb. 21 Fevral 2015-ci il tarixində devalvasiya nəticəsində məzənnə 1.05-ə yüksəldiyindən müştərinin banka borcu 1050 manata qalxıb. Həmin kredit üzrə artmış 270 manat borcun 250 manatı dövlət büdcəsindən ödəniləcək (1 dollar borca görə 25 qəpik yardım).

Yaxud, vətəndaş 2015-ci ilin 21 fevral tarixindən 21 dekabr 2015-ci il tarixinədək 1000 dollar (1050 manat) kredit götürüb. Məzənnə 1.70-ə qalxdığından borc da manat ilə ifadədə 1700 manata yüksəlib və borc yükü 650 manat artıb. Belədə artan 650 manatın 600 manatı dövlət büdcəsi hesabına ödəniləcək (1 dollar borca görə 60 qəpik yardım). Hər iki tarixdə mövcud olmuş borclar üzrə isə hər iki qayda tətbiq ediləcək.

Əlbəttə ki, yardımın məhz bu mexanizm əsasında həyata keçirilməsi kifayət qədər ədalətli və məqbul sayıla bilər. Və bu, olduqca təqdirə layiq haldır.

Lakin bu sənədi hazırlayıb ölkə başçısına təqdim edənlər yenə də ya bilərəkdən, ya da bilmədən “qaş düzəldən yerdə, göz çıxarmağa” oxşar iş görmüş olublar. Yenə bir növ bir gözü güldürəndə, ikinci gözü ağladıblar. Çünki güzəştlərin yalnız 10.000 ABŞ dollarınadək kreditlərə şamil olunmasını nəzərdə tutan bu sənəd ilk növbədə Konstitusiya ilə eyni hüquqa malik ölkə vətəndaşları arasında ayrıseçkiliyə yol açmış olur.

Hansı hökumət təmsilçisi izah edə bilər ki, məsələn 10.100 (on min bir yüz) dollar kredit götürən vətəndaşla 9.900 (doqquz min doqquz yüz) dollar götürənin fərqi nədən ibarətdir? Və birinci hansı qəbahətin sahibidir ki, güzəştlər ona tətbiq olunmur? Bəlkə 10 min dollardan artıq kredit götürənlərin dolların bahalaşacağından xəbərləri varmış? Ya da onların bu kreditləri ödəmək imkanları daha yüksəkdir? Belə çıxır ki, 10.000 dollaradək borc götürən bunu dərdindən, 11.000 götürən isə kefindən edib... Hər kəsə məlumdur ki, misal üçün 10.000 dollar kredit götürənlə 15.000 dollar götürənin sosial durumu arasında elə bir ciddi fərq yoxdur. Bəlkə də ikincinin vəziyyəti daha ağırdır!

Axı ümumiyyətlə, hansı məntiqlə 10.000 dollardan 100-200, lap elə bir neçə min dollar artıq məbləğdə kredit götürən vətəndaş daha az borc götürəndən əskik hüquqa malik olmalıdır?

Digər tərəfdən, 10.000 dollaradək borcu olanların böyük əksəriyyəti son dörd ildə kreditin böyük hissəsini artıq ödəyib, qalan hissəni də kiçik məbləğlərlə pis-yaxşı ödəyə bilir. Eyni zamanda, qalan borc məbləğlərinin nisbətən kiçik olması ən azından əsasən ailə faciələrinə, özünə qəsdə, həbsə və digər hallara gətirmir. Əlbəttə ki, buna baxmayaraq, həmin şəxslərə dövlətin gecikmiş də olsa, yardım etməsi çox müsbət haldır. Ancaq bununla yanaşı, banklardan istehlak, yaxud elə biznes krediti kimi 20-30 min, yaxud bir qədər də çox vəsait götürən elə vətəndaşlarımız var ki, devalvasiyalar nəticəsində külli miqdarda ziyan görüblər, evləri əllərindən alınıb, ailələri dağılıb və s. Bəs belələri bu dövlətin vətəndaşları deyillər?

Daha bir məqam sözügedən güzəştlərin yalnız fiziki şəxslərə aid edilməsidir. Burada da məntiq tapmaq çox çətindir. Bildiyiniz kimi, çoxlu sayda hüquqi şəxs olan sahibkarlıq subyektləri var ki, devalvasiya nəticəsində ağır zərbə alıblar. Və bu gün banklara külli miqdarda şişirdilmiş borcları qalır. Ancaq bir tərəfdən ölkədə işgüzar mühitin yaxşılaşdırılması, sahibkarlara dəstək verilməsi, onlar tərəfindən yeni iş yerlərinin açılmasına şərait yaradılması kimi tezislər irəli sürülür, bu istiqamətdə addımlar atılılr. Digər tərəfdən isə artıq uzun illərdir öz işlərini qurmuş, onlarla, yüzlərlə vətəndaşı işlə təmin etmiş, vergi ödəmiş və s. nisbətən kiçik və orta sahibkarlıq subyektləri olan hüquqi şəxslər, yəni firma və şirkətlər hökumətin yardımından məhrum edilir. Hansı ki, elə həmin hüquqi şəxslər də digər vətəndaşlarımız kimi, hökumətin yarıtmaz maliyyə-kredit siyasətinin, bank talançılığının adi qurbanlarıdır. Və onların bir çoxları devalvasiyaların ağır nəticələrinə baxmayaraq, işlərini və eyni zamanda çoxlu sayda vətəndaşın iş yerlərini qoruyub saxlaya biliblər. Ancaq nədənsə, hökumət belə sahibkarlıq subyektlərini nəzərə almamağa qərar verdi.

Bununla yanaşı, həmin sahibkarlıq subyektlərindən fərqli olaraq, dünyada tayı-bərabəri olmayan soyğunçu faizlərlə əhaliyə kredit verən banklar bu vəziyyətdən demək olar ki, itkisiz və hətta qazancla çıxırlar. Gözlənilənlərin əksinə olaraq, sənəddən belə görünür ki, devalvasiyalardan ən az zərər görənlər yenə də banklar olacaq. Belə ki, dollar kreditlərindən meydana çıxan ziyan əsas etibarilə dövlətin hesabına ödənilir. Banklar tərəfindən vətəndaşlara hər hansı güzəştin edilməsi nəzərdə tutulmur. Doğrudur, banklar özəl olduğundan, hökumət bu məsələ ilə bağlı onlara yalnız tövsiyələr verə bilər.

Buna baxmayaraq, sözügedən məsələnin müzakirəsi zamanı banklarla orta məxrəcə gəlinərək, ziyanın bir hissəsinin onlar tərəfindən qapadılacağı proqnozlaşdırılırdı. Ancaq nəzərə alsaq ki, Azərbaycandakı bankların böyük əksəriyyətinin arxasında məmur-oliqarxlar dayanır və hətta Mərkəzi Bankın rəhbərinin özünün belə şəxsi bankının olduğuna dair məlumatlar mütəmadi olaraq mətbuatda yer alır, o zaman bankların məsuliyyətdən kənarda saxlanılmasını başa düşmək çətin olmaz...

Yeri gəlmişkən qeyd edək ki,  10 min dollardan aşağı kredit götürənlərdən fərqli olaraq, 10 min dollardan yuxarı kredit götürənlər banklara girov da qoyublar. Buna görə onlar əmlaklarını, hətta yaşadıqları evləri belə itirmək təhlükəsilə üzləşiblər. Bəziləri artıq itiriblər də. Ona görə də banklar 10 min dollardan yuxarı kredit götürənlərin  deyil, aşağı kredit götürənlərin probleminin həllində maraqlı idi. Görünür, sənədi hazırlayıb Prezidentə təqdim edənlər də bankların marağından çıxış edib... 

Qeyd edək ki, oxşar durumu yaşayan bir çox ölkələrdə dövlətin yardımı əsas etibarilə bütün kredit götürənlərə şamil edilib. Və Azərbaycandan fərqli olaraq, bu yardım devalvasiyadan 4 il sonra yox, daha tez ödənilməyə başlayıb.

Bir sözlə, hökumətin ilk baxışdan çox tələsik şəkildə hazırladığı qənaətini yaradan bu sənədin əsasən keyfiyyət yox, kəmiyyət amili üzərində qurulduğunu söyləmək olar. Çünki problemli kreditlərin əhəmiyyətli hissəsinin məbləği 10 min ABŞ dollarının altındadır. Yardımın məhz bu məbləğdə kreditlərə şamil edilməsi ona gətirib çıxaracaq ki, hesabat verilərkən, böyük sayda vətəndaşın kredit probleminin həll edildiyini söyləyəcəklər.

Əlbəttə ki, kəmiyyət baxımından, yəni statistika üçün bu kifayət qədər böyük rəqəm olacaq. Bəs keyfiyyət? Bu sənəd devalvasiyanın ümumilikdə ölkə iqtisadiyyatına, sahibkarlıq subyektlərinə, eləcə də 10 min dollardan artıq kredit götürən sadə vətəndaşlara vurduğu ziyanı qapadırmı...?

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

gruxier 2019-03-01 00:48:05

Müəssisələrə və fiziki şəxslərə real kreditlər veririk. Bir şəxs olaraq $ 100,000 və əməkdaşlıq orqanı və ya şirkət olaraq $ 1,000,000 üçün müraciət edə bilərsiniz. Xidmətlərimiz orijinaldır və qanuni məqsədlər üçün yaxşı sənədləşdirilmişdir. Elektron poçtla əlaqə: [email protected] Bir kreditə ehtiyacınız varsa bu gün bizimlə əlaqə saxlayın.

Ceyhun 2019-03-01 00:48:05

Çox sağol Cəlal bəy. Tamamilə düz deyirsiniz. Böyüyünde böyük derdi var. Bu qərar qaysaqlamış yaramızı yeniden qanatdı. Yenə əsəb, stres və daha nələr başladı.

Rasim 2019-03-01 00:48:05

Salam. Cenab prezidentimiz son ümid yerimiz Sizsiniz. Sizden komek isteyirik. 10000 dollardan yuxari olan vətəndaşların problemleri qalmaqdadir. Iwlerimiz mehkemelerdedir. Sizden xahiş edirik bizlerede komeklik edesiniz

Etibar Xanehmedov 2019-03-01 00:48:05

salam. Men bas acmiram bu nece qanundu? Axi 10000 dollardan cox alan insanlar insan deyil? Onlarin problemi derdi seri yoxdumu?Olar kefdenmi goturubler banklardan pulu.qaniviz vicdaniviz olsun. Hami bogazindan kesib odeyir banklara olan borclarini. bele qanun olmaz. Hamiya samil olunmalidir.haramlari olsun sag yemesinler. camaahatin basina oyun acirlar

Tahire qurbanova 2019-03-01 00:48:05

Salam. Cox xayiş eliyirem 40 min anata gore 3 ev girovdadi bank deyir 100 min manat getir iki evi verey özumu asib öldurmey istiyirem . Hec kime derdimi deye bilmirem . Hele de gozduyurrm. Niye 10000 dollar qedere kömek edir bes 10 min dollardan yuxari goturenler kime derdini desin

seevda agakiwiyeva 2019-03-01 00:48:05

qardawimcun 14 min dollar goturduk,5 gun sonra dollar qalxdi,boyreyin deyiwecekdik-qarabag veteraniydi oldu 3 balasi yetim qaldi,olenen sonrada 1 qepik kecmediler,hamisin odedik...evin satib borca verdik-indi yaritikilide yawayir ailesi

Elşad 2019-03-01 00:48:05

Salam Cəlal bəy! Tamamilə düzgün təhlildir. Sizinlə tam razıyam. Əhalinin devalvasiyadan ən çox əziyyət çəkən hissəsi qaldı kənarda. Mən də qərarı haqlı hesab etmirəm.

Elşad 2019-03-01 00:48:05

Cəlal bəy salam. Tamamilə düzgün təhlildir. Haqqına kömək lazım olanr əsas hissə qalıb kənarda. Əgər devalvasiyadan zərər çəkənlərə kömək etmək məqsədi var idisə, kreditin məbləğinin bura nə dəxli var. Zərəri 3 yerə bölmək təklifi ən yaxşı variant idi. Bəs niyə qəbul eləmədilər? İkincisi, hüqi şəxs olan da bu ölkənin vətəndaşıdır. Burada da bankların tərəfini tutmaq açıq aydın görünür. Qərarı haqlı hesab etmirəm.

Realist 2019-03-01 00:48:05

Birinci onu deyim ki, birinci devalvasiyadan sonra kredit götürənlərin sayı kəskin azaldı, yəni onları barmaqla saymaq olar. Deməli kompensasiya ödənişi əsasən 1 dollara 25 qəpik ödəməklə həyata keçiriləcək. Yuxarıda deyilən haqsızlığı qismən belə düzəltmək olar. Fərmanı bütün kredit borcu olanlara aid edib ixtiyari məbləğli kreditin yalnız 10000 dollarına kompensasiya ödəmək olar.

Adil 2019-03-01 00:48:05

Prezidentin bu addımı sözsüz təqdirəlayiqdir.Ancaq Insanları yenə agdərili-qaradəriliyə böldülər.Devoliyasiya hər bir vətəndaşa zərbə vurub.Cox kredit götürənə cöx, aza da az zərbə vurub.iqtisadiyyatı saglamlaşdırmar lazımdırsa yarımçıq olmaz, gərəkdir ki, tam müalicə edəsən.Butün borclular Azərbaycan vətəndaşıdır.

Elçin 2019-03-01 00:48:05

Salam, Tam razıyam. Bəs biz? Mən sahibkaram. Evimi girov goyub kredit götürmüşəm, 15 nəfəri işlə təmin etmişəm. Devalvasiyalarda yaranan borcum şişib, ödəyirəm ödəyirəm ancaq bitmir. Götürdüyüm gədər ödəmişəm ancaq iki qatı qalıb. Biz az deyilik. Mənim vəziyətimdə olan minlərlə insan var. Biz niyə dövlətin himayəsindən kənarda qalmalıyıq??? Cəlal bəy Sizin saytın aracılığıyla cənab Prezidentə müraciyət hazırlamağı təklif edirəm. Qərarı haqlı saymıram.

EJDER 2019-03-01 00:48:05

PAY ATONNAN,GOR NECE ILDI BUNUN USTUNDE BAW SINDIRIBLAR...HESAB EDIREM KI,DEVALIVASIYA OLANDA DA BANKLAR QAZANDI,INDI DE HEMCIN.DEVALIVASIYADA KAPITAL MILYARDLAR QAZANIB ,NIYE KIM BILIR, BILMEYENLERE DESIN...HARAMINIZ OLSUN

Cəmşid Dərələyəzli 2019-03-01 00:48:05

Tamamilə doğru yanaşmadır. Bir sözlə hökümət tərəfindən Cənab Prezidentin qarşısına çıxarılmış bu lahiyyə məsələnin bütövlükdə həllini özündə ehtiva etmədi. Bir də çox arzu edərdik ki, hökümət əhalinin əlində qalmış vauçerlər barədə də bir fikirləşərdi.

Son yazılar