Menu

Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarderin namizədliyini irəli sürüb

23.12.2024, 10:41
Tramp müdafiə nazirinin müavini vəzifəsinə milyarderin namizədliyini irəli sürüb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp milyarder sərmayədar Stiven Feynberqi Pentaqon rəhbərinin müavini vəzifəsinə namizəd göstərib.

APA xəbər verir ki, Tramp bu haqda “Truth Social” hesabında yazıb.

“Stiven Feynberq müdafiə nazirinin müavini vəzifəsini icra edəcək və Pentaqonun yenidən möhtəşəm olmasına kömək edəcək”, - deyə o bildirib.

Tramp Feynberqi son dərəcə uğurlu iş adamı adlandırıb və qeyd edib ki, o, ABŞ müdafiə naziri vəzifəsinə namizədliyi irəli sürülmüş Pit Heqsətlə birgə işləyəcək.

Qeyd edək ki, 64 yaşlı Stiven Feynberq Prinston Universitetini bitirib. 1992-ci ildə o, özəl investisiya şirkəti “Cerberus Capital Management”i təsis edib və daha sonra Trampın ilk prezidentliyi dövründə Prezident yanında Kəşfiyyat Məsləhət Şurasına rəhbərlik edib.

Forbes jurnalı Feynberqin sərvətini 5 milyard dollar olaraq qiymətləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol