Menu

ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar pul qoyub

01.03.2019, 09:06
ABŞ Bin Ladenin oğlunun başına 1 milyon dollar pul qoyub

ABŞ-ın Dövlət Departamenti “Əl-Qaidə” başçılarından olan Həmzə Bin Ladenin harada olduğu haqda məlumat verənə 1 milyon dollar pul verəcək.

ONA-nın xəbərinə görə, bu haqda informasiyanı Dövlət Departamentinin rəsmi internet səhifəsi yayıb.

“2015-ci ilin avqustundan başlıyaraq o (Ben Laden), internetdə ABŞ və onun müttəfiqlərinə qarşı hücumlar təşkil etməyə çağırır”, - deyə, Dövlət Departamentinin bəyanatında bildirilir.

Həmzə Ben Laden amerikalı hərbçilər tərəfindən qətlə yetirilən atasının qisasını alacağını dəfələrlə bildirib. O, 2015-ci ildə “Əl-Qaidəyə” qoşulduqdan sonra ABŞ-a qarşı müharibə élan edib.

Vaşinqton belə çağırışların dövlət təhlükəsizliyinə zərbə yetirdiyini bildirir və kiçik Ben Ladenin başına pul mükafatı qoymağa qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol