Menu

Poroşenko orduya peşəkar zabitlərin çağırılmasına qərar verdi

21.08.2014, 21:56
Poroşenko orduya peşəkar zabitlərin çağırılmasına qərar verdi

Ukrayna prezidenti Pyotr Poroşenko səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitləri çağırmaq niyyətindədir

Lent. az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Pyotr Poroşenko rotasiya cədvəlini təsdiqləyərək səfərbərliyə düzəlişlər edib. Söhbət səfərbərliyin üçüncü mərhələsində orduya peşəkar zabitlərin çağırılmasından gedir. Orduya hərbi ixtisaslı şəxslər – xüsusi təyinatlılar, topçular və digər hərbi mütəxəssislər çağırılacaq”, deyə məlumatda bildirilir.

Bundan əlavə, bu günlərdə ölkənin şərqindəki xüsusi əməliyyat zonasına Ukrayna Silahlı Qüvvələrinin və Milli Qvardiyanın iki taboru göndəriləcək.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko iyulun sonunda qismən səfərbərlik haqqında qanun imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol