Menu

Daha 28 məktəbə direktor təyin olunub

01.03.2019, 17:26
Daha 28 məktəbə direktor təyin olunub

Təhsil Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlayıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, 28 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Yeni direktorlar martın 4-dən öz vəzifələrinin icrasına başlayacaqlar.

Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib.

Şərhlər

AYZEK 2019-03-01 17:26:15

YERDƏ QALAN DİREKTORLAR İSƏ NAZİRLƏRİMİZ KİMİ ÖLƏNƏDƏK VƏZİFƏLƏRİNDƏ QALACAQLAR? İCRA BAŞÇILARININ HEÇ OLMASA ARADA YERLƏRİNİ DƏYİŞİRLƏR.BUNLAR İSƏ MIXLANIBLAR KRESLOYA DURMAQ BİLMİRLƏR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol