«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pakistan hakimiyyəti Kəşmir üzərindəki döyüş zamanı əsir düşmüş hindistanlı pilotu azad etmək barədə verdiyi vədə əməl edib.
Hindistanın «İANS» agentiyinin xəbər verdiyi kimi, MiQ-21 qırıcısının iki pilotundan biri Hindistanın Pakistandakı səfirliyinin nümayəndəsinə təhvil verilib.
Bu arada, Hindistan aviasiyasının vitse-marşalı Ravi Qopal Krişana Kapur bildirib ki, MiQ-21 qırıcısı Pakistanın F-16 təyyarəsi tərəfindən vurulub və o, Cammu və Kəşmir ərazisinə düşüb. Pilotardan biri uğurla katapulta edib, digəri isə Pakistan ordusu tərəfindən əsir götürülüb.


Şərhlər