Menu

KXDR lideri Vyetnamla əməkdaşlığı genişləndirməyi təklif edib

03.03.2019, 00:25
KXDR lideri Vyetnamla əməkdaşlığı genişləndirməyi təklif edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In Vyetnamla bütün sahələr üzrə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edib və ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasını istəyib.

Şənbə günü bu barədə Koreyanın Mərkəzi teleqraf agentliyi xəbər verib və onun Vyetnam prezidenti Nquen Fu Çonqla görüşünün detallı hesabatını təqdim edib.

«Fəal partiyalararası və dövlətlərarası təmasların köməyi ilə biz, bütün sahələr üzrə əməkdaşlığı və mübadiləni - iqtisadiyyat, elm və texnika, müdafiə, idman, mədəniyyət, incəsənət, nəşriyyat işi və KİV sahələri də daxil olmaqla, normallaşdırmalıyıq və münasibətləri yeni səviyyəyə qaldırmalayıq» - deyə, agentdik Kim Çen Indan sitat gətirir.

«Bu, bizim ölkəmizin və partiyamızın dəyişməz mövqeyidir» - deyə, Şimali Koreya lideri əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol