Menu

Türkiyə özünün ilk qırıcı təyyarəsinin təqdimatına hazırlaşır - 2023-cü ildə...

03.03.2019, 09:20
Türkiyə özünün ilk qırıcı təyyarəsinin təqdimatına hazırlaşır  - 2023-cü ildə...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, qardaş ölkə 2023-cü ildə öz istehsalı olan ilk qırıcı təyyarənin təqdimatını, 2026-cı ildə isə ilk sınaq uçuşunu keçirmək niyyətindədir. Bu barədə şənbə günü Türkiyənin vitse-prezidenti Fuat Oktay bəyan edib.

«İlk Türkiyə qırıcısının təqdimatı 2023-cü ildə keçiriləcək. Biz, artıq 2026-cı ildə onu səmada görə biləcəyik. Təyyarələr 2031-ci ildə Türkiyə silahlı qüvvələrinin sərəncamına veriləcək» - deyə, «Anadolu» agentliyi siyasətçidən sitat gətirir.

İlk dəfə Türkiyənin öz istehsalı olacaq qırıcı təyyarənin sınaq nümunəsinin yaradılması barədə 2017-ci ilin noyabrında Türkiyənin eks-milli müdafiə naziri Nurəddin Canikli xəbər vermişdi. O zaman müdafiə naziri qeyd etmişdi ki, layihənin reallaşmasında bir çox ölkələr, o cümlədən, Böyük Britaniya iştirak edir, ancaq Türkiyə elə yolla gedir ki, son nəticədə hər-hansı ölkədən və ya şirkətdən asılı vəziyyətə düşməsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol