Menu

ABŞ zirehli maşınlarını lazerlə təchiz etmək niyyətindədir

03.03.2019, 22:45
ABŞ zirehli maşınlarını lazerlə təchiz etmək niyyətindədir

Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri Strateji komandanlığı nəzdindəki kosmik və raket əleyhinə müdafiə İdarəsi zirehli transportyor şassisi üzərində qurulacaq yüksək enerjili lazer silahı işləyib hazırlaya biləcək şirkət axtarır.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon dövlət satınalması saytında HEL (High Energy Laser) silahı sistemaltısı üçün «kompakt və etibarlı» modul yaratmaq barədə sorğu yerləşdirib.

Hərbçilər 50 kilovat gücə malik generator qurğularını daha kompakt etmək niyyətindədirlər. Bu qurğular «genişləndirilmiş mobilliyə malik» və yükgötürmə qabiliyyəti 14,5 ton olan ağır yük maşınlarında quraşdırılacaq.

Pentaqonda lazer silahının effektliyinin artırılması perspektivlərini döyüş əməliyyatının gedişində analiz etmək, lazer şüasının idarə olunması imkanlarını və lazer qurğularının soyudulma üsullarını öyrənmək istəyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol