Menu

Bakıda xəstəxanada 3 günlük körpə ölüb

04.03.2019, 15:59
Bakıda xəstəxanada 3 günlük körpə ölüb

Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

“Report”un xəbərinə görə, hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda baş verib.

Faktı "Report"a İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol