Menu

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

04.03.2019, 18:19
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda daxil olan müraciətlərin daha bir hissəsinə baxılıb.

Bildirilib ki, indiyədək 400-dən çox müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyaya daxil olan müraciətlərə baxıldıqdan sonra siyahı Prezident İlham Əliyevə təqdim ediləcək. Dövlət başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

Şərhlər

miri 2019-03-04 18:19:57

Əfv komissiyası , MM, ombudsman, məhkəmə, tarif surasi və əfv komissiyası niyə lazımdır? Hamisi göstərilən konkret göstərişin altına qol qoyursa(bəzən gecələr) elə bu qurumlar olmadan olsa yaxşıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol