Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, martın 4-də qızılın qiyməti martın 1-i ilə müqayisədə 28,883 manat azalaraq 1 unsiya üçün 2203,6675 manat təşkil edib.
Gümüş 0,5452 manat ucuzlaşaraq 1 unsiya üçün 25,965 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 16,065 manat azalaraq 1466,335 manat, palladiumun qiyməti isə 14,8835 manat artaraq 2646,305 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Şərhlər