«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, MAQATE-nin Baş direktoru Yukio Amano bəyan edib ki, İran nüvə proqramı üzrə öz öhdəliklərini yerinə yetirməkdə davam edir.
Agentliyin idarəçilər Şurası üçün hazırlanmış hesabatda xanım Amano Birgə hərtərəfli fəaliyyət planı (BHFP) ilə nəzərdə tutulmuş bütün bəndlər üzrə çalışmaların yerinə yetirildiyini bildirib.
Bu zaman Baş direktor İran tərəfdən öhdəliklərin gələcəkdə də yerinə yetirilməsinin vacibliyini qeyd edib və bildirib ki, MAQATE elan edilməmiş nüvə materialların olub-olmamasının yoxlanışını və digər fəaliyyətləri davam etdirəcək.
Sözügedən saziş İranla Britaniya, Çin, Fransa, Rusiya və Almaniya arasında fəaliyyətdədir, Amerika Birləşmiş Ştatları isə ötən il sazişdən çıxıb.


Şərhlər