ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların müddətini daha bir il müddətinə uzadıb.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ evin məlumatında bildirilir.
İzahedici qeyddə bildirilir ki, Rusiyanın regiondakı hərəkətləri ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına fövqəladə dərəcədə təhlükə yaradır.


Şərhlər