Menu

ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edir

05.03.2019, 08:24
ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edir

ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv etməyi planlaşdırır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə qərarı Türkiyə ilə iqtisadi inkişafın səviyyəsinə əsasən qəbul edib.

Tramp hesab edir ki, son 45 ildə Türkiyə iqtisadiyyatı çox güclənib və şaxələnib.

Bununla belə, sözügedən qərar Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol