Menu

Deputat xidmət sektorlarının bazar günü də işləməsini təklif edib

05.03.2019, 12:54
Deputat xidmət sektorlarının bazar günü də işləməsini təklif edib

“Vacib xidmət sektorları həftəiçi istirahət günü elan etməklə bazar günü işləməlidirlər”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, elə xidmət sektoru var ki, vətəndaş üçün vacibdir, amma bazar günü işləmir: “Həmin qurum bazar günü işləmir, vətəndaş da ora bazar günü getmək istəyir. Çünki vətəndaş həftə içi - iş vaxtı bunu həll edə bilmir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol