Menu

Suriyanın Həma əyaləti atəşə tutulub, ölən və yaralananlar var

06.03.2019, 23:53
Suriyanın Həma əyaləti atəşə tutulub, ölən və yaralananlar var

Suriyanın Həma əyalətinin şimal hissəsinin yaraqlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində bir qız uşağı ölüb, daha altı nəfər yaralanıb.

"Report" SANA-ya istinadla xəbər verir ki, atəş nəticəsində həmçinin yaşayış evlərinə ziyan dəyib.

Hazırda yaralıların səhhəti barədə məlumat yoxdur.

Daha əvvəl koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində dinc sakinlər həyatlarını itiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol