Millət vəkilləri belə bir qərarın vacibliyini bildirir
Qış fəslinin son günlərini yaşamağımıza baxmayaraq, bəzi rayonlarda havalar hələ də şaxtalı keçir. Həm paytaxtda, həm də bölgələrdə mərkəzi istilik sistemi olmayan mənzillərin qızdırılması üçün təbii qazdan istifadə olunur. Rayonlarda, kəndlərdə əksər aztəminatlı ailələrin evlərində kombi sistemi olmadığından təbii qazla işləyən İran sobaları, “ceyran peç”i və sair vasitəsilə evləri qızdırmağa çalışırlar.
Nəticədə ilin əvvəlində qaz limitini tükətmiş olurlar. Məlum olduğu kimi, təbii qazdan istifadə ilə bağlı qiyməti 10 qəpik olan 300 kubmetrlik limit bitəndən sonra, 1 kubmetr qazdan istifadə 20 qəpikdən hesablanır. Bu vəsaiti ödəyə bilməyən kəndlilər isə qaz xəttini bağlayaraq, meşələrə üz tutur, ağacları qıraraq, odun yandırmağa başlayırlar.
Bununla bağlı əldə etdiyimi məlumatlar var, aztəminatlı insanlar artıq nə elektrikdən, nə də qazdan istilik məqsədilə istifadə edə bilmirlər. Çıxış yolu isə təbii qazdan güzəştli qiymətlə istifadə üçün qoyulan limitin ləğv edilməsi və əhalin aşağı qiymətlə təbii qazdan , elektrik enerjisindən istifadəsidir. Elə ekspertlər , millət vəkilləri də bunu təklif edirlər.


F.Ağamalı onu da vurğuladı ki, qazın qiymətinin artırılması müəyyən dərəcədə sahibkarlar üçün də çətinlik yaradıb: “Vaxtilə emal müəssisəsi qazın qiyməti artmazdan öncə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyir. İstixanalarda oktyabrdan başlayaraq mart ayının sonuna kimi qazdan istifadə olunur. Elə müəssisələr də var ki, il boyu istifadə olunur. Bu da onların məsrəflərini çoxaldır və mənfəət götürməkdə onlara problem yaradır. Belə çətinliklər var. Ayrı-ayrı ölkələrin təcrübəsində belə bir praktika da var ki, gecə verilən təbii qazın qiyməti ilə gündüz verilən qazın qiymətində fərqlər var. Bu güzəştlər də tətbiq oluna bilər. Tarif Şurası da limitləri ləğv edərsə, bu da sahibkarlığın daha geniş inkişafına səbəb ola bilər. Xüsusi olaraq sənaye müəssisələrində, kənd təsərrüfatı müəssisələrində işlədilən qazın qiymətinin müəyyən qədər azalmasına gətirib çıxarar”.

Ekspert onu da qeyd etdi ki, bu məsələdə diferensial yanaşma da ola bilər: “Çünki şəhər tipli evlərin qızdırılmasında nisbətən az enerji istifadə olunsa da, kənd yerlərində evlərin qızdırılması və təsərrüfatda istifadə üçün daha çox qaz sərf olunur. Bu məsələdə diferensial yanaşma da ola bilər. Ermənistanda elektrik enerjisi fevralın 1-dən təqribən 50 faiz ucuzlaşdı, gündüz tarifləri 40 dramdan 30 drama, gecə tarifləri isə 30 dramdan 20 drama düşdü. Bu ölkədə sayğaclar ikili tarif sistemilə işləyir, gecə və gündüz tarifləri var. Bu da elektrik enerjisindən daha səmərəli və daha qənaətli istifadəsinə imkan verir. Onlar öz pullarını xərcləmədən, Avropa qurumlarından qrant alaraq bunu həyata keçirdilər. Ona görə də, Azərbaycanın qarşısında çoxlu imkanlar və alətlər var. Bunu tətbiq edərək enerjidən daha səmərəli istifadəni formalaşdıra bilərlər”.
Enerji sahəsi üzrə ekspert onu da vurğuladı ki, qiymət dəyişsə də, keyfiyyətdə dəyişiklik yoxdur: “Hər dəfə qiymət artanda bunu geniş bir abzasla izah edirlər ki, yeni qiymət keyfiyyətin artmasına və sairə səbəb olacaq. Ancaq sonradan heç bir dəyişiklik hiss etmirik. İqtisadiyyat Nazirliyi bununla bağlı monitorinqlər keçirməlidir. Araşdırmaq lazımdır ki, qiymətlərin birdən-birə 50 faiz artımından hökumət nə qədər qazanır. Ancaq heç kim belə bir araşdırma aparmır”.


Şərhlər
Ne limit bazlıqdı qiymeti salsın.Camaat qaz işıq olaola yandira bilmir,toxun acdan ne xeberi
Limiti tamamilə ləğv etmək düz deyil Kateqoriyalara bölmək lazımdır Mənim Bakıda 120 kv metr evimə 2500 kub metr qaz qənaətlə bəs edir işıq isə təxminlə 400kv saat ayda. Qonşuların evləri 1200, 1600, 1800kv metr dir Qaz limitini yanvar ayında qurtarıb işıq pulu isə ayda 80-100manat onların imkanı var vaxtında oğurlaya bilib tikib indidə versin.Bir sözlə villalar bu limitin götürülməsindən yenə qazanacaqlar fağırların hesabına.Deputatlar da kı öz villalarının həşirindədir güya millətin qaydına qalırlar bizim hesabımıza öz çox mərtəbəli villalarını ucuz qızdırmaq istəyirlər .Qaz işıq pulunu aldığı maaşa görə də etmək olar deputat 3000alır qaz pulu 1 m kub 50 qəpik 180 manat alır 3 qəpik bir sözlə oğrular ,rüşvət alanlar Deputatlar bizim və dövlətin hesabımıza yenə varlanmasınlar .Dövlət az təminatlılara kömək kimi limiti götürəcək bundan da qazananlar oğrular rüşvətxorlar,deputatlar olacaq
Hörmətli millət vəkilləri və ekspertin fikirləri olduqca düzdür. Məişətdə istifadə etdiyimiz təbii qaz və elektrik enerjisi baha və keyfiyyətsizdir. Ümumiyyətlə bu məhsulların qiymətinin belə yüksək olması hakimiyyətə qarşı bir təxribatdır. Xüsusilə Dağ rayonlarında havaların soyuq keçməsi ilə əlaqədar olaraq bu növ enerji daşıyıcılarına tələbat artır və istehlakçıların onlardan istifadə etməyə gücü çatmır. Qiymətlərin baha olması cəmiyyəti üsyana kökləyir. qiymət mütləq azalmalıdır.
Necə yəni,xaricdən qaz almaq uçun SOKAR-a 250 milyon pul ödədik.Biz özumuzu qazla təmin edə bilmiriksə ermənilərə niyə havayı və ya çox ucuz qaz verməliyik.Bəlkə,elə deyildiyi kimi sərvətimizdən əvəzsiz pay istəyənlər indi məlum olub.
"Müğənni" Afətdən yazı olsaydı insanlar səhərə qədər şərh yazardılar. Bu mövzuya heç reasiya verən yoxdu.
BU LİMİTLƏ MİLLƏTİN BAŞINA OYUN AÇIRLAR YÜKLƏYİRLƏR AĞILLARINA NƏ GƏLİR YAZIRLAR. ŞİKAYƏTƏ BAXAN DA YOXDUR.
Ermənistanda elektrik enerjisinin qiyməti düşüb... söz tapmaq olmur nə deyəsən..bisimkilər ancaq artırmağı bacarırlar..