Xəbər verildiyi kimi dünən Prezident İlham Əliyev Ağsuya səfər edib və yerli sakinlərlə görüşüb. İlham Əliyev fevralın 5-də və 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə tanış olub. Dövlət başçısı Ağsuda vətəndaşların şikayət məktublarını da şəxsən qəbul edib.
“Mən bu gün gəlmişəm ki, işlərə özüm nəzarət edim, müvafiq göstərişlər verim. Mənə verilən məktubların hər birinə baxılacaq, narahat olmayın. Mənim işim sizə xidmət etməkdir”, - dövlət başçısı deyib.


Şərhlər
Toyxanada tərif deyirsiniz bəyəm??????????????????????...
Hörmətli cənab Prezident,xalq Sizi sevir,daxili və xarici siyasətinizi dəstəkləyirik,Ulu Tanrı hər daim Sizi qorusun deyirik. Cənab Prezident, Sizin ünvanınıza elektron və poçt vasitəsilə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq, məktublarım Sizə çatdırılmamış və bu səbəbdən baxılmamış arxivə tullayaraq vətəndaşın dövlətə olan inamına zərbə vurmuşlar.. Mənim müraciətlərimə baxılmasını və nəzarətdə saxlanılması üçün aidiyyatı üzrə sərəncam verməyinizi Sizdən xahiş edirik.
2011-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Nəzarət şöbəsi müdiri vəzifəsindən qanunsuz azad olmuş şəxsin bu barədə Prezidentə 7 il ərzində göndərdiyi 2030 müraciətə, "Mur-Ay" dələduzlarının himayədarı olması barədə faktı ört-basdır etdiyinə görə Hacıbala Abutalıbovun yanında gözükölgəli olan Zeynal Nağdəliyev, mahiyyəti üzrə baxılmasına imkan verməyib. Necə deyərlər, əl-əli yuyar, əl də üzü. İndi əllərindəolarsa, Ağsuda prezidentə verilmiş məktubların başına açacaqları oyunu, bir Allah bilir!
ÇOX SAĞ OLUN CƏNAB PRİZİDENT SİZİN XALQIN İÇİNDƏ OLMAĞINIZ ÇOX ŞEYİ DƏYİŞDİRƏCƏK. SİZDƏN ÇOX ŞEYİ GİZLƏDİRLƏR. SİZƏ UĞURLAR.
Yawasin Azerbaycan Respublikasinin prezidenti Ilham Heydar oglu Eliyev
Allah cansağlığı uzun ömür versin. Cənab prezidentin fəaliyyəti xalq tərəfindən alqışlanır