Menu

İcra başçısı qadınları mükafatlandırıb

07.03.2019, 15:18
İcra başçısı qadınları mükafatlandırıb

Qaradağ Rayon İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınlar iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə iştirak bütün xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Bildirib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəslik, namus, qeyrət rəmzi sayılmışdır. “Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti qadındır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə ümummilli liderin uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur”.

Daha sonra Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Tədbirdə iştirak edənlər də diqqətdən kənarda qalmayaraq, hər birinə hədiyyələr təqdim olundu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol