«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Venesuela hakimiyyəti Almaniyanın ölkədəki səfiri Daniel Krineri «persona non qrata» elan edib.
Venesuela Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, diplomat «ölkənin daxili siyasətinə qarışıb» ki, bu da diplomatik qaydaların pozulmasıdır və digər ölkədən olan qulluqçu üçün yolverilməzdir.
KİV-lər dəqiqləşdiriblər ki, Kriner Avropadan olan digər ölkələrin səfirləri ilə birlikdə Karakas aeroportunda Venesuela müxalifətinin lideri Xuan Quaydonu qarşılayıb. Quaydo vətənə Kolumbiyadan qayıdıb və ölkədən çıxmamaq barədə Ali məhkəmənin qərarını pozub.


Şərhlər