Menu

 "Hətta S-500 də alacağıq" - Ərdoğan ABŞ-a meydan oxudu

07.03.2019, 19:22
 "Hətta S-500 də alacağıq" - Ərdoğan ABŞ-a meydan oxudu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə sistemlərinin alışını davam etdirəcəklərini bildirib.

RİA Novosti xəbər verir ki, dövlət başçısı deyib: “İyul ayında S-400-lərin ilk partiyasını alacağımıza ümid edirəm”.

Ərdoğan hətta S-500 almaq üçün Rusiya ilə yeni müqavilə imzalayacaqlarını da bəyan edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayaraq, Türkiyəni S-400-lərin alışını dayandırmağa çağırıblar.

Rəsmi Vaşinqton Ankaranı, geri addım atmayacağı halda, bunun ona baha başa gələcəyi ilə təhdid də edib.

Şərhlər

Türk 2019-03-07 19:22:53

Yaşa Sayın Ərdoğan.Allah sizi qorusun.ŞEYTAN YUVASI OLAN abş-IN CAVABINI YAXŞI VERDİNİZ.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol