«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Trampın administrasiyası müəyyən edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) sərhədlərini öz uşaqları ilə birlikdə qeyri-qanuni keçmiş və sonradan deportasiya edilmiş valideyn-miqrantların sayı 471-ə çatıb. Bu barədə cümə axşamı «CNN» teleşirkəti xəbər verib.
Daxili Təhlükəsizlik Nazirliyi (DTN) nümayəndəsinin bəyanatına görə, bundan əvvəl ABŞ-ın İmmiqrasiya və gömrük polisi qeyri-leqal miqrantlara deportasiyadan əvvəl öz uşaqları ilə birləşməyə imkan yaradıb. Ötən ilin iyun ayında bu təcrübə ləğv edilib və bir çox valideyn seçim hüququ olmadan ABŞ-dan deportasiya edilib.


Şərhlər