Menu

Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb

08.03.2019, 09:51
Ermənistan ordusunun hərbçisi Suriyada yaralanıb

Ermənistan ordusunun minaaxtaranı Suriyanın minadan təmizlənməsi zaman yaralanıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.

O, yaralanan erməni hərbçinin kimliyi barədə məlumat verməyib.

Qeyd edək ki, cari il fevralın 8-də Suriyaya Ermənistan Silahlı qüvvələrinin 83 hərbçisi humanitar yardım dəstəsinin tərkibində göndərilib. Onlar Suriyadakı Rusiya hərbi heyətin tərkibində fəaliyyət göstərir.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Suriyada Ermənistanın Rusiya ilə əməkdaşlığına etirazını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol