Menu

Almaniyada sovet dustaqların məzarları tapılıb

09.03.2019, 09:57
Almaniyada sovet dustaqların məzarları tapılıb

Almaniyanın qərbindəki Arnsberq meşəsində İkinci Dünya müharibəsi zamanı güllələnmiş SSRİ və Polşa dustaqlarının məzarları aşkar olunub.

ONA-nın RBK və alman KİVlərinə istinadən yaydığı xəbərə görə, Zauerlend regionunda güllələnməni təsdiqləyən 400-dən artıq əşyayi-dəlil tapılıb.

Burada ayaqqabı, geyim parçaları, sovet dəmir pulları və digər əşyalar var.

Məlumata görə, güllələnənlərin çoxu qadın olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol