Menu

Azərbaycanın şahmat millisi dünya çempionatında ilk qələbəsini qazanıb

09.03.2019, 18:07
Azərbaycanın şahmat millisi dünya çempionatında ilk qələbəsini qazanıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında V turun oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib ABŞ yığması olub. Duel Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Arkadi Naydiç və Nicat Abbasov görüşlərini qələbə ilə başa vurub. Rauf Məmmədov və Qədir Hüseynov isə rəqibləri ilə heç-heçə oynayıblar.

Qələbə sayəsində Azərbaycan millisi xallarının sayını 3-ə yüksəldib. ABŞ-ın isə 6 xalı var.

Dünya çempionatı, V tur

Azərbaycan - ABŞ - 3:1

Arkadi Naydiç - Dariuş Sverç - 1:0

Rauf Məmmədov - Samuel Sevyan - 0.5:0.5

Qədir Hüseynov - Aleksandr Onişuk - 0.5:0.5

Nicat Abbasov - Aleksandr Lenderman - 1:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol