Menu

Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya daha bir ağır zərbə endirdi

10.03.2019, 23:12
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-ya daha bir ağır zərbə endirdi

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar İraqın Şimalında yerləşən Avaşin-Basyan bölgəsindəki PKK terror təşkilatının düşərgələrinə hava zərbələr endirib. Türkiyənin Müdafiə Nazirliyinin “Twitter” səhifəsində verilən məlumata görə, dəqiq zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar, silah-sursat anbarı və təlim yerləri məhv edilib.

Bundan başqa, Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Şırnak vilayətinin Beytüşşebap rayonunda yerləşən Faraşin ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK-ya daha bir ağır zərbə vurulub. Bildirilir ki, 2-si mağara olmaqla PKK terrorçularının 6 sığınacağı yararsız hala gətirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol