Menu

"Sağlamlığımda müəyyən problemlər var..." - Elmira Süleymanova

11.03.2019, 11:52
"Sağlamlığımda müəyyən problemlər var..." - Elmira Süleymanova

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova məzuniyyətə gedib.

"Report"un əldə etdiyi məlumata görə, o, Milli Məclis Ombudsmanın 2018-ci il üzrə illik məruzəsini qəbul etdikdən sonra xarici ölkələrdən birinə məzuniyyətə yollanıb.

Onun hansı xarici ölkəyə getdiyi məlum deyil.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl "Report"a açıqlama verən Elmira Süleymanova sağlamlığında müəyyən problemlərin olduğunu deyib.

Xatırladaq ki, sonuncu dəfə 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə - 2002-ci il və 2010-ci ildə İnsan hüquqları üzrə müvəkkili seçilib.

Şərhlər

Sahib 2019-03-11 11:52:43

get pensiyani ye de..bezdirmisiz

Vasif 2019-03-11 11:52:43

82 yaçlı qadını belə məsul vəzifədə saxlamaq hansı ehtiyacdan irəli gəlib? Ölkədə mütəxəssis.hüquqçu tapılmır?Adam yeriyə bilmir,zorla sürüyürlər.Ondan kimə nə fayda olacaq? Qoyun getsin,dam kimi evində yaşasın...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol