Menu

Gürcüstandan Azərbaycana keçən 46 yaşlı kişi sərhəddə öldü

11.03.2019, 12:02
Gürcüstandan Azərbaycana keçən 46 yaşlı kişi sərhəddə öldü

Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədini keçən, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Abdullayev Füzuli Həmid oğlunun Qazax rayonunun II Şıxlı kəndi ərazisində vəziyyəti pisləşib.

Xəstə təcili tibbi yardım briqadası tərəfindən Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

F. Abdullayev mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı qazax rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol