Menu

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib - BOMBA TƏHLÜKƏSİ

11.03.2019, 15:49
Rusiya təyyarəsi Bakıda məcburi eniş edib - BOMBA TƏHLÜKƏSİ

“Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib",-deyə məlumatda vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol