Menu

Kim Çen Inın bacısı deputat oldu

12.03.2019, 11:05
Kim Çen Inın bacısı deputat oldu

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon martın 10-da keçirilən parlament seçkilərinin yekunu üzrə 14-cü çağırış Ali Xalq Məclisinin deputatı seçilib.

Trend-in məlumatına görə, səsvermədə seçicilərin 99,99 faizi iştirak edib.

K.Y.Çjon Şimali Koreya rəhbərinin doğma bacısıdır, onun ən yaxın məsləhətçilərindən biri və ölkədə ən nüfuzlu qadındır. Koreya Əmək Partiyasının Təbliğat və təşviqat bölməsi sədrinin birinci müavini vəzifəsində çalışır.

Qeyd edək ki, KXDR Ali Xalq Məclisinə seçkilər 5 ildən bir gizli səsvermə yolu ilə keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol